İstanbulda Arnavutköydə əvvəlcə oğurladıqları motosikletlə bir evə girən 2 oğru oradan cib telefonu, kredit kartı və üzüyü oğurlayıb, daha sonra ibtidai məktəbə girərək təxminən 200 min lirə dəyərində planşet, kompüter və televizoru aparıb.
Hafta.az-ın yazdığına görə, oğurladıqları məhsulları ətrafdakı mağaza sahiblərinə satan oğrular yaxalanıblar. Şübhəlilərin məktəbdə oğurluq etdikləri, oğurladıqları kredit kartları ilə yanacaqdoldurma məntəqəsində alış-veriş etdikləri anlar təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.
Şübhəlilər daha sonra məktəbdən oğurladıqları printer, planşet, televizor və kompüterləri çox ucuz qiymətə ikinci əl məhsulların satıldığı mağazaya satıblar. Oğrular oğurladıqları və özləri ilə apara bilmədikləri bəzi printer və kompüterləri isə sonradan götürülmək üçün məktəb bağçasının qarşısına qoyublar.
Oğruların bir gecədə oğurladıqları bütün materiallar götürülərək oğurlandıqları məktəbə və mənzillərin sahiblərinə təhvil verilib.
Oğrulardan birinin məhz oğurluq üzrə 22, digərinin isə 13 cinayət qeydi olduğu müəyyən edilib.